• cümə axşamı, 28 mart, 23:39
  • Baku Bakı 13°C

"ASAN Akademiya - 2017”yə start verilib

17.09.17 17:00 1380
"ASAN Akademiya - 2017”yə start verilib
"ASAN Akademiya” layihəsi 2017-ci il üçün açıq elan edilib.
AZƏRTACxəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Gilan Holding”in tərəfdaşlığı, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.
"ASAN Akademiya - 2017"nin əsas məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir yerə toplayaraq təcrübi biliklərə yiyələndirmək, onlara karyeralarında irəliləmələri üçün təkan verməkdir. Bu məqsədlə layihə zamanı iştirakçılara müxtəlif sahələr üzrə həmin sahənin peşəkarları tərəfindən xüsusi hazırlanmış proqram tədris ediləcək. Layihədə iştirakçılar üçün natiqlik, psixologiya, biznes mühitində idarəetmə, innovasiya və maliyyə kimi 5 proqram modulu nəzərdə tutulub.
Tədris prosesindən əlavə, iştirakçıların praktiki biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə müxtəlif, xüsusi seçilmiş məkanlara ekskursiyalar da təşkil olunacaq.
2014-cü ildən "ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən reallaşdırılan layihəyə sayca 4-cü dəfə start veriləcək.
Layihə oktyabrın 5-dən noyabrın 25-dək həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər