• cümə, 29 Mart, 13:18
  • Baku Bakı 14°C

Arzularının ardınca okeanın o tayına gedən fotoqraf

22.05.20 15:15 2619
Arzularının ardınca okeanın o tayına gedən fotoqraf
Məcid Əliyev: "Əsl peşəkar ilk növbədə qazandığı pulu yox, gördüyü işin səviyyəsini və keyfiyyətini düşünür”
Foto dünyası çoxdandır ki, axtardığı həyat yoludur. Onu bu sahədə qazandığı pulların miqdarı deyil, gördüyü işin keyfiyyəti maraqlandırır. Elə bu bacarığı da həmsöhbətimizi arzularının ardınca okeanın o tayına qədər aparıb...

MüsahibimizAmerikada işləyən azərbaycanlı fotoqraf Məcid Əliyevdir.

Ticarət, reklam və sənədli foto sahəsində 12 ildən çox təcrübəsi var. "McCann”, SIPA, "CondeNast”, "Havas” və s. kimi agentliklərlə işləyib. "RedBull”, JTI, "Microsoft”, P&G və sair kimi böyük və nüfuzlu brendlər üçün gördüyü işlər dünya miqyasında marketinq kampaniyalarında yer alıb. Müsahibələri və foto işləri "CondeNast”, "Cosmopolitan”, OK!, F1.com, Dünya İqtisadi Forumu və s. kimi jurnallarda və veb portallarda dərc edilib. Rihanna, Cenifer Lopez, Enrike İqlesias və digər məşhur sənətçilərin konsertləri və həmçinin "Royal Belum” Dünya Zərb alətləri Festivalı, "ElectricZoo”, "iHeart Radio” "JingleBells”, "ZharaFest” və s. mühüm festivallarda foto çəkilişlər aparıb. Azərbaycanda isə, "Atkins”, "Bakı Ağ Şəhər”, "Paşa İnşaat”, "ChalkStudio” və s. kimi şirkətlər üçün memarlıq çəkilişləri edib. "RedBull” (dünya miqyasında), "BakuCityCircuit” (Formula 1 Qran Pri Azərbaycan), Baku Cycling Federation (AzVIF) layihələr üzrə fotoqrafdır.


banner

Oxşar Xəbərlər