• cümə, 29 Mart, 01:45
  • Baku Bakı 7°C

Arzu Rəhimov Beyləqanda vətəndaşları qəbul edib

22.07.16 14:27 1174
Arzu Rəhimov Beyləqanda vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Füzuli, Ağdam və Ağcabədi rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. Qəbulda 45 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə v ə ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlımüraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

banner

Oxşar Xəbərlər