• cümə axşamı, 25 aprel, 23:54
  • Baku Bakı 21°C

“Arximed 19” - “Axına qarşı”

13.11.19 22:02 541
“Arximed 19” - “Axına qarşı”
Noyabrın 13-də Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Arximed 19" layihəsi çərçivəsində şəxsi inkişaf seminarı keçirilib.
"Axına qarşı" mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər-Aytən Səfərova, Nəsimi Paşayev, Cəlalə Nəzəroğlu, Orxan Şahbaz və Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər.
Sonda layihə rəhbərləri və spikerlərə sertifikatlar təqdim edilib.
banner

Oxşar Xəbərlər