• cümə, 19 Aprel, 22:28
  • Baku Bakı 24°C

Arterial təzyiq kapillyarlarda da dəyişikliklərin baş verməsinə səbəb olur

29.10.19 09:15 787
Arterial təzyiq kapillyarlarda da dəyişikliklərin baş verməsinə səbəb olur
Tədqiqatlar nəticəsində müəyyən olunub ki, insanların səhhəti barədə ən çox şikayət etdikləri hal qan təzyiqinin yüksək olmasıdır. Qan təzyiqi dedikdə arterial təzyiq nəzərdə tutulur. Bu, qanın arterial damarlarında işinin və hərəkət sxeminin ölçüsüdür. Qan təzyiqinin artması isə arteriyalarla birlikdə kapillyarlarda da dəyişikliklərin baş verməsinə səbəb ola bilər.
Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə SəfərovaAZƏRTAC-a deyib: "Təzyiq xəstəliyi xüsusilə ənsə nahiyəsində başağrıları, halsızlıq, tezyorulma, təngənəfəslik, sinə nahiyəsində ağrılar, ayaqda şişkinlik kimi şikayət və problemlər yarada bilər”.
Onun dediyinə görə, bəzən insanın yüksək təzyiqdən xəbərsiz olduğuna görə orqanizmdə müəyyən xəstəliklər üçün zəmin yaranır: "Hər gün ən azı yarım saat, 40 dəqiqə sürətli addımlarla, yəni idman yerişi ilə gəzmək həm çəkini nizama salmaq, həm də ürək-qan dövranı sisteminin normallaşmasına müsbət təsir göstərir və təzyiqin aşağı düşməsinə səbəb olur”.
Nəzarət olunmayan hipertenziya isə ciddi sağlamlıq problemlərinə aparıb çıxarır. Mütəxəssislər 20 yaşından yuxarı olanların iki ildən bir arterial təzyiqini müəyyən etməyi məsləhət görürlər. Hipertenziya diaqnozu qoyulduqdan sonra isə mütləq mütəmadi həkim nəzarətində olmaq lazımdır.
banner

Oxşar Xəbərlər