AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Arsenal” futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb

“Arsenal” futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb

İdman
28 İyun 2020, 22:00 426
Londonun "Arsenal” klubu "Şeffild Yunayted” komandasını məğlub edərək futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb.
 
AZƏRTAC xəbər verir ki, Şeffilddə keçirilən oyun londonluların 2:1 hesabı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən qol əsas vaxta əlavə edilmiş dəqiqələrdə (90+1) vurulub.
 
"Arsenal”ın yarımfinaldakı rəqibi bir qədər sonra püşkatma nəticəsində müəyyənləşəcək.