• cümə axşamı, 25 aprel, 19:50
  • Baku Bakı 21°C

“Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyaları işə salınıb

07.04.14 17:02 2580
“Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyaları işə salınıb
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib.
APA-nın məlumatına görə, əvvəlcə dövlət başçısı “Arpaçay-2” Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, 1,4 meqavat gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır. Prezident “Arpaçay-2” Su Elektrik Stansiyasını işə salıb.
Sonra İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak edib. Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasını işə salıb. Dövlət başçısına məlumat verilib ki, gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılacaq.
Sonra dövlət başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev həmçinin tutumu 150 milyon kubmetr olan su anbarına baxıb.
banner

Oxşar Xəbərlər