• cümə, 29 Mart, 03:20
  • Baku Bakı 7°C

Arnold Şvartsenegger Bakıya ustad dərsi keçməyə gəlir

03.12.13 12:36 1760
Arnold Şvartsenegger Bakıya ustad dərsi keçməyə gəlir
Dövrümüzün ən tanınmış idmançısı, iş adamı, aktyoru və siyasətçisi Arnold Şvartsenegger Azərbaycana səfər edəcək. Azerisport.az xəbər verir ki, 7-qat “Mister Olimpiya”nın Bakıya gəlişinin məqsədi “Hər şey yadımdadır” mövzusunda ustad dərsi keçməkdir. Onun paytaxtımıza ezamı gələn ilin fevralına təsadüf edəcək.
Məşhur bodibilderin səfəri “Successful Strategies” şirkətinin dəvəti ilə baş tutacaq. Hollivud ulduzu tədbirdə öz həyat hekayəsindən danışacaq.
Xatırladaq ki, Şvartsenegger aktyorluq sənətini buraxandan sonra, ciddi siyasətlə məşğul olmağa başlayıb. Kennedi ailəsi ilə qohum olan Arnold, 2 dəfə Respublikaçılar partiyasından Kaliforniya ştatının qubernatoru seçilib.
banner

Oxşar Xəbərlər