• şənbə, 20 Aprel, 17:37
  • Baku Bakı 23°C

Arif Rəhimzadə: “Yerli icra hakimiyyət orqanları bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır”

13.11.17 13:53 928
Arif Rəhimzadə: “Yerli icra hakimiyyət orqanları bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır”
"Yerli icra hakimiyyət orqanları bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlament komitələrinin gələn ilin büdcə zərfinin birgə müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, bu il bələdiyyələrə subvensiya ayrılması məsələsi hələ də öz həllini tapmayıb: "Bələdiyyələrə ayrılan vəsaitin bir hissəsi subvensiya şəklində olsun. Bunun mahiyyəti odur ki, bələdiyyə konkret müvafiq layihəni icra etsin. Məsələn, gələn il bələdiyyələrə 5,2 milyon manat ayrılıb. Olmazdı ki, bu, subvensiya formasında ayrılsın?”.
Millət vəkili bildirib ki, 2016-cı ildə bələdiyyələr tərəfindən 30 layihə hazırlansa da, heç biri keçməyib: "2018-ci ildə isə ümumiyyətlə bələdiyyələrin layihəsi barədə heç nə əksini tapmayıb. Bu laqeydlikdirmi? Bu nə deməkdir?”.
Komitə sədri hökumət tərəfindən bu məsələlərə aydınlıq gətirilməsini tələb edib.
banner

Oxşar Xəbərlər