• çərşənbə, 24 Aprel, 01:42
  • Baku Bakı 14°C

Arif Hacılının başqan seçilməsi şübhə altında - Açıqlama

29.09.14 12:15 1151
Arif Hacılının başqan seçilməsi şübhə altında - Açıqlama
“Müsavat qurultayındakı seçkilər zamanı bəzi qüsurlara və ədalətsizliklərə yol verilib.
Partiyanın İcra Aparatında çalışan şəxslər rayon təşkilatlarının üzvlərinə təzyiq göstəriblər. Bu barədə faktlar var”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib.
V. Əyyub bildirib ki, qurultay ərəfəsində hazırkı başqan Arif Hacılının tərəfdarları tərəfindən qurultay nümayəndələrinə siyahı paylanıb ki, bunlar da Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin qərarının pozulması deməkdir: “Buna görə də qurultaydakı seçkilərin nəticələrinin legitimliyi mənim üçün şübhəlidir”.
V. Əyyub qeyd edib ki, hələ ki partiyadan istefa vermək niyyətində deyil: “Mən dediyim faktları müsavatçıların diqqətinə çatdırıb, münasibəti öyrəndikdən sonra qərar verəcəyəm”.
Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Q. İbadoğlu isə 200 səslə ikinci olub.
banner

Oxşar Xəbərlər