• cümə, 29 Mart, 08:48
  • Baku Bakı 5°C

Arif Hacılı və Qubad İbadoğlu arasında görüş keçirilib

02.12.14 14:49 949
Arif Hacılı və Qubad İbadoğlu arasında görüş keçirilib
Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı və başqanlığa sabiq namizəd, qurultayın nəticələrindən narazı olan qrupun rəhbəri Qubad İbadoğlu arasında görüş keçirilib. Q. İbadoğlu APA-ya açıqlamasında deyib ki, görüş A. Hacılının təşəbbüsü ilə partiyanın qərargahında baş tutub.
Q. İbadoğlu görüşdə partiyadaxili məsələlər və partiyanın inkişaf perspektivləri ilə bağlı məsələlərin müzakirə olunduğunu söyləyib. O, bu görüşdən sonra partiyada narazıların fraksiyasının yaradılıb-yaradılmayacağı barədə suala cavabında bildirib ki, bu barədə təklikdə qərar vermək səlahiyyətində deyil, bununla bağlı qərar narazıların yaratdığı işçi qrupunun sabah keçiriləcək iclasında veriləcək. Q. İbadoğlu partiyada fəaliyyətlərini davam etdirdiklərini də qeyd edib.
Qeyd edək ki, bu, Müsavat Partiyasının qurultayından sonra A. Hacılı və Q. İbadoğlu arasında ilk görüşdür.
banner

Oxşar Xəbərlər