AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Arif Babayev İtaliyada konsert verib

Arif Babayev İtaliyada konsert verib

Mədəniyyət
13 Noyabr 2012, 16:29 1571
İtaliyanın şimal-qərb hissəsində yerləşən Piyemonte regionunun Verçelli şəhərində şəhər meriyasının təşəbbüsü ilə təşkil edilən Xalq Poeziyası Festivalı çərçivəsində Xəzər Universitetinin dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin köməyi ilə Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın muğam kafedrasının müdiri, professor Arif Babayev, musiqiçilər Mirnazim Əsədullayev və Ramin Sultanov “Muğam – Azərbaycan xalq poeziya musiqisi” adlı konsert proqramı ilə çıxış edib.
SİA-nın məlumatına görə, tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndəsinin çıxışı ilə başlayıb. Öz çıxışında o, ölkələrimiz arasında tarixi, siyasi, iqtisadi və mədəni əlaqələr barədə geniş məlumat verib. Konsertdə Verçelli şəhərinin mədəniyyət və incəsənət xadimləri, iş adamları, yerli kütləvi informasiya vasitələri, akademik dairələrin və Verçelli şəhər meriyasının nümayəndələri iştirak ediblər. Konsertdə səslənmiş musiqi proqramı qonaqların böyük marağına səbəb olub.