• cümə axşamı, 28 mart, 13:53
  • Baku Bakı 16°C

Argentina DÇ-yə getmək istəmir?

06.10.17 11:35 1745
Argentina DÇ-yə getmək istəmir?
Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin növbəti turu keçirilib.
Kaspi.az xəbər verir ki, Argentina yığması öz meydanında Perunu qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Argentina yığması bu nəticədən sonra 6-cı pilləyə düşüb və DÇ-yə vəsiqə əldə etməmək təhlükəsi ilə üz-üzədir.
Lider Braziliya da səfərdə Boliviya ilə qolsuz bərabərə qalıb - 0:0. Venesuela - Uruqvay qarşılaşmasında da eyni nəticə qeydə alınıb.
Çili doğma meydanda Ekvadora, Paraqvay isə səfərdə Kolumbiyaya 2:1 hesabı ilə qalib gəlib.
Argentina yığması seçmə mərhələnin son turunda Ekvadorun qonağı olacaq. Messi və komanda yoldaşları bu oyunda qalib gələ bilməsələr, DÇ-dən kənarda qalacaqlar.
banner

Oxşar Xəbərlər