AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ARDNŞ Gürcüstanda dizel yanacağının qiymətini endirdi

ARDNŞ Gürcüstanda dizel yanacağının qiymətini endirdi

İqtisadiyyat
05 Oktyabr 2013, 10:57 1299
“APA-Economics”in “SOCAR Georgia Petroleum”a istinadən verdiyi məlumata görə, qiymətlər 0,15 lari (0,07 manat) və 7,3% aşağı salınıb.

Dizel yanacağının qiymətinin 0,15 lari azaldılması Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün 105 yanacaqdoldurma məntəqəsində həyata keçirilib və hazırda qonşu ölkədə dizel yanacağının qiyməti 1,90 lari (0,90 manat) təşkil edir.

Şirkətdən bildiriblər ki, maliyyə və iqtisadi aspektlərə əsaslanaraq, Gürcüstanda yanacağın qiymətlərinin aşağı səviyyədə saxlanılması şirkət üçün də olduqca çətin olacaq: “Lakin payız olduğu və əkin mövsümü başladığı üçün Gürcüstanda əhalinin dizel yanacağına tələbatı xeyli dərəcədə artıb. Buna görə də bu məsələ ilə bağlı Gürcüstan istehlakçılarının tələbini nəzərə alaraq “SOCAR Georgia Petroleum” bir müddətlik dizel yanacağının qiymətini əhəmiyyətli dərəcədə aşağı salmaq qərarına gəlib”.

Məlumatda deyilir ki, artıq bu aksiya öz növbəsində dizel satışına da ciddi təsir edib. Şirkətin gündəlik olaraq satdığı dizel yanacağının həcmi 350 min litrdən artıq olur. “SOCAR Georgia Petroleum” bu yolla istehlakçılara qənaət etməyə imkan verir və payız fəsli boyu dizelin göstərilən qiymətini dəyişməz saxlamaq niyyətindədir.