• cümə axşamı, 28 mart, 17:10
  • Baku Bakı 16°C

ARDNŞ Çexiya şirkətlərini Azərbaycana dəvət etdi

25.04.14 10:53 1252
ARDNŞ Çexiya şirkətlərini Azərbaycana dəvət etdi
“APA-Economics”in məlumata görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Çexiya hökumətləri arasında keçirilən II qarışıq komissiyanın iclasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov deyib.
E. Nəsirov Çexiya şirkətlərini Türkiyənin İzmir şəhərində inşa olunan “Star” neft emalı zavodunun tikintisində iştirak etməyə dəvət edib.
“Azərbaycan özü 2023-cü ilə qədər Bakıda yeni neft-qaz müəssisələrinin tikintisinə başlayacaq. Çexiya neft-qaz avadanlıqlarının istehsalçısıdır. Bu gün Azərbaycan Çexiyadan bu cür avadanlıqlar alır. Buna görə də biz Çexiya şirkətlərini bu yeni müəssisələrin tikintisində və burada quraşdırılacaq neft-qaz avadanlıqlarının da yaxından iştirak edə bilərlər”.
Bundan başqa, ARDNŞ rəsmisi TAP, TANAP layihələri barədə çexiyalı qonaqların məlumatlı olduqlarını və Azərbaycanın həyata keçirdiyi nəinki yerli, hətta beynəlxalq, xaricdə həyata keçirdiyi layihələr də iştirak etməyə çağırıb.
Çexiyalı nümayəndə heyəti bu təklifi qəbul edib və bu təklifə görə ARDNŞ rəsmisinə təşəkkür ediblər.
banner

Oxşar Xəbərlər