• cümə, 19 Aprel, 09:53
  • Baku Bakı 13°C

ARDNŞ bütün işçilərini evlə təmin edəcək

17.09.13 14:06 1922
ARDNŞ bütün işçilərini evlə təmin edəcək
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan və mənzil növbəsində dayanan bütün işçilər evlə təmin ediləcək. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.
Onun sözlərinə görə, işçilərin mənzillərlə təmin olunması üçün hazırda ARDNŞ-in tərkibində kooperativ fəaliyyət göstərir: «Bu qurum tərəfindən neftçilərə artıq xeyli mənzil verilib. İlk növbədə ARDNŞ-də mənzil növbəsində dayanan işçiləri bu kooperativə cəlb etməklə onların mənzil növbəsinə dayanma müddətindən asılı olaraq ARDNŞ 50% güzəştlə işçiləri mənzillə təmin edir».
S.Qasımov bildirib ki, digər tərəfdən ARDNŞ banka depozit qoymaqla işçilərə ipoteka krediti verir: «ARDNŞ həmçinin işçilərinə torpaqyanı sahələrinin verilməsini də təmin edir. Bu işlər plana uyğun olaraq aparılır. Düşünürük ki, son neftçi mənzillə təmin olunana qədər bu işlər davam etdiriləcək».
banner

Oxşar Xəbərlər