AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ARDNŞ 5 ildə Türkiyəyə 17 mlrd. dollar sərmayə yatıracaq

ARDNŞ 5 ildə Türkiyəyə 17 mlrd. dollar sərmayə yatıracaq

İqtisadiyyat
08 Aprel 2013, 14:51 1188
Növbəti 5 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin energetika sektoruna 17 mlrd. ABŞ dolları məbləğində investisiya yatıracaq.

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Türkiyənin energetika naziri Taner Yıldızla görüş zamanı bildirib.

Görüş zamanı tərəflər arasında enerji sektorunda mövcud vəziyyət və əməkdaşlıq, bu əməkdaşlığın genişləndirilməsi perspektivləri kimi məsələlər müzakirə olunub.

R.Abdullayev bildirib ki, ARDNŞ-in Türkiyədə həyata keçirdiyi layihələr uğurla davam etdirilir və plana uyğun şəkildə həyata keçirilir: «Biz növbəti 5 il ərzində Türkiyənin energetika sektoruna 17 mlrd. dollar vəsait yatıracağıq ki, artıq bu vəsaitin qoyuluşuna başlanılıb».

Öz növbəsində T.Yıldız TANAP (TransAnadolu boru kəməri) layihəsindən danışıb və bildirib ki, layihə təkcə region üçün deyil, Avropa üçün də çox əhəmiyyətlidir.