• cümə, 29 Mart, 00:02
  • Baku Bakı 7°C

ARDNF-in aktivləri 33,2 mlrd. dolları ötüb

18.04.17 14:50 878
ARDNF-in aktivləri 33,2 mlrd. dolları ötüb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilin I rübü üzrə büdcə gəlirləri 3 mlrd. 272,5 mln. manat, büdcə xərcləri isə 3 mlrd. 847,5 mln. manat təşkil edib. "APA-Economics" xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 mlrd. 899,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 mlrd. 894,4 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, tranzit gəlirləri 4,6 mln. manat təşkil edib.
Bu ilin aprelin 1-nə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 mln. manata bərabər olub.
Hesabat dövründə ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 mlrd. 525 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 mln. manat,Bakı-Tbilisi-Qarsyeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 mln. manat vəsait ayrılıb. 2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 mlrd. 279 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 873,9 mln. manat təşkil edib", - deyə Ş. Mövsümov bildirib.
2017-ci il aprelin 1-nə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 mlrd. 147 mln. dollar) nisbətən 0,18% artaraq 33 mlrd. 207,2 mln. dollara bərabər olub.
banner

Oxşar Xəbərlər