• çərşənbə axşamı, 16 aprel, 18:14
  • Baku Bakı 18°C

ARDNF bu il hərraclarda 1,7 mlrd. dollar satıb

03.07.17 11:40 1062
ARDNF bu il hərraclarda 1,7 mlrd. dollar satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyun ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 373,2 mln. dollar məbləğində vəsait satılıb.
Xatırladaq ki, ARDNF yanvar-may ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 1 mlrd. 314,2 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin I yarısında ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 687,4 mln. dollar təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
banner

Oxşar Xəbərlər