• cümə, 19 Aprel, 10:17
  • Baku Bakı 13°C

Ardaya təzyiq göstərirlər - Getməsi üçün

29.06.17 13:38 1206
Ardaya təzyiq göstərirlər - Getməsi üçün
"Barselona” rəhbərliyi Arda Turana komandanı tərk etməsi üçün təzyiq göstərir.
Kaspi.az xəbər verir ki, "Barselona” PSJ-in yarımmüdafiəçisi Marko Verrattini transfer etməkdə israrlıdır. Ancaq bunun üçün külli miqdarda vəsdait lazımdı. Rəhbərlik vəsaitin bir qismini Ardanın satışından əldə etmək niyyətindədir.
Ona görə də, türk futbolçuya başqa kluba keçməsi üçün təzyiq göstərilir. Məlumata görə, Arda rəqabətə hazır olduğunu bildirərək, komandanı tərk etmək istəmədiyini bildirib.
Arda Turanla "Arsenal”ın maraqlandığı deyilir. O, ötən mövsüm İspaniya çempionatında 18 oyun keçirib, 3 qol vurub, 3 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər