Aquero barədə sual verdilər, Messini təriflədi
"Mançester
Siti”nin baş məşqçisi Xosep Qvardiola yenə də Messini tərifləyib.
Kaspi.az xəbər
verir ki, jurnalistlər Pepə "Siti”nin futbolçusu Sexio Aquero barədə sual
veriblər. Ondan Aqueronu dünyanın ən yaxşı hücumçusu hesab edib-etmədiyini
soruşublar. Qvardiola bu suala cavabında "Barselona”nın futbolçusu Lionel
Messini tərifləyib:
"Aquero dünyanın
yaxşı hücumçusudurmu? Ən yaxşı Messidir. Aquerə ən yaxşı doqquz nömrədir??
Yox, ən yaxşı
nömrə doqquz Messidir. Messi ən yaxşı 10 nömrə, ən yaxşı 11 nömrə, ən yaxşı 6
nömrə, ən yaxşı 4 nömrədir”.