• cümə, 19 Aprel, 07:17
  • Baku Bakı 13°C

Aqrar sahə üçün mühüm layihə- “Gənc fermer”

16.05.16 15:30 2089
Aqrar sahə üçün mühüm layihə- “Gənc fermer”
Azərbaycan Dövlət Aqrar Universitetində "Gənc Fermer" layihəsinin təqdimatı olub.
Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədovun təqdim etdiyi layihənin məqsədi aqrar təhsilli tələbə və məzunların, professor-müəllim heyətinin, eləcə də kənd təsərrüfatı sahəsində elmi-tədqiqat işi aparan, innovasiyaların inkişafı və tətbiqi ilə maraqlanan digər vətəndaşlar arasında sahibkarlıq vərdişlərinin və özünüməşğulluq imkanlarının inkişaf etdirilməsi, əldə olunan biliklərin tətbiq imkanlarının genişləndirilməsidir. Layihə əsasında həyata keçirləcək bütün proseslər Azərbaycanda kənd təsərrüfatının intensiv inkişafına, o cümlədən regional inkişafı dəstəkləmək missiyasına əsaslanır.
Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibində biznes inkubatorun yaradılması və inkişafına hədəflənən layihənin əhəmiyyəti barədə danışan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihənin həyata keçirilməsi üçün universitetdə yaradılmış şəraitdən və perspektiv imkanlardan danışaraq, layihə iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə iştirak edən gənc müəllimlər, tədqiqatçılar, magistrantlar və bakalavrlar üçün Qafqaz Universiteti Texnoparkının direktoru, dosent İsa Qasımovun təqdimatında "Biznes İnkubator və onun əsas mexanizmləri” mövzusunda seminar da maraqla qarşılanıb. Təqdim olunan seminarlar professor-müəllim heyəti, eləcə də tələbə və magistrərin iştirakı ilə müzakirələr formasında davam etdirilib.
Görüşün sonunda Azərbaycan Dövlət Aqrar Universitetində biznes inkubatorun qurulması və inkişaf etdirilməsi imkanları haqqında təklif və tövsiyələr verilib.

banner

Oxşar Xəbərlər