AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Aprelin 8-də dağlıq ərazilərdə qar yağacaq

Aprelin 8-də dağlıq ərazilərdə qar yağacaq

Təfsilat
07 Aprel 2020, 14:07 176
Azərbaycanda aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 775 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 8-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 7-11° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 3-6° isti olacağı ehtimal edilir.