• cümə axşamı, 28 mart, 12:49
  • Baku Bakı 16°C

Aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq

24.03.20 16:07 1677
Aprel döyüşlərindən bəhs edən serial yayımlanacaq
İctimai Televiziya və Radio Yayımları Şirkəti aprel döyüşlərindən bəhs edən "4 gün" adlı serial yayımlayacaq.
Trend xəbər verir ki, şirkət 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.
Filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir.
Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.
Məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.
banner

Oxşar Xəbərlər