• cümə axşamı, 28 mart, 15:01
  • Baku Bakı 16°C

Appaturay: “Azərbaycanla NATO arasında etibarlı əlaqələr qurulub”

26.09.17 11:30 725
Appaturay: “Azərbaycanla NATO arasında etibarlı əlaqələr qurulub”
"AzərbaycanlaNATOarasında ən əvvəldən etibarlı və daim inkişaf edən əlaqələr qurulub”.
APA-nın məlumatına görə, bu sözləriNATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ANAMA -NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan "Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq etimad fondu layihələrinin perspektivləri" adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Ceyrançöl layihəsi birbaşa insanlara verilən töhfədir: "Bu istiqamətdə konkret işlər görülür. Hazırda 3-cü faza başlayır. Mən bu layihəni dəstəkləyirəm. Bu, bizim tərəfimizdən faydalı investisiyadır. Burada olan təcrübə Gürcüstanla paylaşılır. Azərbaycan və Gürcüstan isə öz təcrübəsini Əfqanıstanla paylaşır. Bu layihə inkişaf edən layihədir və dünyada insanların təhlükəsizliyinə təminat verir. Təəssüf ki, dünyada baş verən proseslər səbəbindən insanların hələ də müdafiəyə ehtiyacı var. Layihəyə verdiyi töhfəyə görə ABŞ və Türkiyəyə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, biz bir gün bu layihənin yekununa yığışacağıq”.
banner

Oxşar Xəbərlər