• cümə axşamı, 25 aprel, 03:26
  • Baku Bakı 19°C

Aparıcı İlqar Mikayıloğlunu ilan sancıb

14.07.17 15:19 1174
Aparıcı İlqar Mikayıloğlunu ilan sancıb
Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb.

Aparıcının həyat yoldaşı Zülfiyyə BayramovaAPA-ya bildirib ki, hadisəFüzulirayonunun Haramı qəsəbəsində, "İlqarla bir gün” ekstrim verilişinin çəkilişi zamanı baş verib.

Onun sözlərinə görə, ilan İ. Mikayıloğlunu baldır nahiyəsindən sancıb: "Hadisədən dərhal sonra İlqara ilan zəhərinə qarşı zərdab vurulub. Elə ilkin tibbi yardım da çəkiliş üçün ayrılmış təcili tibbi yardım maşınında göstərilib. Həmin vaxt İlqarın vəziyyəti elə də təhlükəli deyildi. Həkimlər dedi ki, ola bilsin, bundan sonra vəziyyəti bir qədər ağırlaşsın”.

Z. Bayramova qeyd edib ki, İ. Mikayıloğlu təcili tibbi yardım maşını ilə Bakıya gətirilir: "Biz ilanın növünü, zəhərli olub-olmadığını bilmədiyimiz üçün İlqarı Bakıya gətiririk. Hazırda Beyləqan ərazisindəyik”.
banner

Oxşar Xəbərlər