• cümə, 19 Aprel, 22:08
  • Baku Bakı 24°C

Aparat rəhbəri: “Elektron kənd təsərrüfatı layihəsi üzrə bütün komponentlər uğurla icra olunub”

03.11.17 14:15 1099
Aparat rəhbəri: “Elektron kənd təsərrüfatı layihəsi üzrə bütün komponentlər uğurla icra olunub”
"Avropa İttifaqıilə birgə 2014-cü ildən həyata keçirilən elektron kənd təsərrüfatı layihəsi 6 komponent üzrə həyata keçirilib və bütün komponentlər uğurla icra olunub.
"APA-Economics" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov bildirib.
İ.Bayramovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin 20-yə yaxın informasiya sistemi, 23 elektron xidmət yaradılıb.
"Bundan başqa, ortofoto xəritələri yaradılıb və ilk dəfə ortafoto xəritələri əsasında kənd təsərrüfatı torpaqlarının vahid coğrafi məlumatlar bazası yaradılıb. Eyni zamanda, bütün informasiya sistemlərinin məlumat bazalarının tətbiqi üçünKənd Təsərrüfatı Nazirliyisistemində, aparatın strukturuna daxil olan dövlət xidmətlərində, xüsusilə rayon, şəhər kənd təsərrüfatı idarələrinin maddi-texniki bazası yaradılıb, onlar İT avadanlıqları ilə təmin edilib. Ölkə üzrə nazirliyin vahid şəbəkə infrastrukturu qurulub ki, biz hal-hazırda bu texnoloji vasitələr ilə elektron kənd təsərrüfatının tətbiqini həyata keçiririk. Bütün bunların əsas məqsədi kənd təsərrüfatı sahəsində fermerlərin dəstəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması, gəlirlərin artırılmasına xidmət edir. Aİ-nin dəstəyi ilə həyata keçirilən "Elektron kənd təsərrüfatı" layihəsinə 8 ölkədən 24 ekspert cəlb olunub",- deyə İ.Bayramov vurğulayıb.
Aparat rəhbəri vurğulayıb ki, layihə üzrə əldə olunan məhsulların keyfiyyəti ekspertlər tərəfindən yoxlanılıb.
banner

Oxşar Xəbərlər