• cümə, 29 Mart, 10:17
  • Baku Bakı 5°C

APA TV-nin 4 yaşı tamam olur

29.05.17 10:00 740
APA TV-nin 4 yaşı tamam olur
Azərbaycanın internet məkanında özünəməxsus yeri olanAPATV-nin efir həyatına başlamasından 4 il ötür.
APA-nın məlumatına görə, 2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayanAPATV bir çox ilklərə imza atmağı bacarıb.
"APAHolding”in tərkibinə daxil olan televiziya gündə 14 saat canlı yayımlanır, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş onlarla veriliş tamaşaçılara təqdim olunur.
Analoq televiziya formatında fəaliyyət göstərənAPATV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.
Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.
Ad günün mübarək,APATV!
banner

Oxşar Xəbərlər