• cümə, 19 Aprel, 15:23
  • Baku Bakı 25°C

Antonio Quterreş: Qarşıda uzun yol var, lakin hərəkat güclənir

04.10.19 15:37 568
Antonio Quterreş: Qarşıda uzun yol var, lakin hərəkat güclənir
Kaliforniyada və Karib hövzəsində, Afrikada və Arktikada, digər regionlarda iqlim fəlakəti artıq baş verir. Özü də bu problemin yaranmasına hamıdan az təsir göstərmiş insanlar hamıdan çox əziyyət çəkirlər.AZƏRTACxəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin İqlim Sammitinin yekunlarına həsr olunmuş məqaləsində belə deyilir.
BMT-nin Baş katibi xatırladır ki, bu yaxınlarda keçirilmiş iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinə həsr olunmuş Sammitin iştirakçılarına qətiyyətli tədbirlər görmək çağırışı ilə müraciət edib. Onun sözlərinə görə, bu çağırışa cavab olaraq beynəlxalq birlikdə geniş koalisiya formalaşıb. Koalisiyaya hökumətlər, gənclərin nümayəndələri, işgüzar daiərlər, şəhərlər, investorlar və vətəndaş cəmiyyəti təşkilatları daxil olub. Baş katib məqalədə "koalisiya” iştirakçılarının Sammitdə elan etdiukləri öhdəlikləri sadalayır.
O, məqaləsində xatırladır ki, 70-dən çox ölkə 2050-ci ilə qədər tullantıların səviyyəsini heçə endirməyə çalışacağını vəd edib. Baş katibin sözlərinə görə, 100-dən çox şəhər, o cümlədən dünyanın bir neçə iri şəhəri eynən bu cür hərəkət edib. Azı 70 ölkə Paris Sazişi çərçivəsində öz milli planlarının yerinə yetirilməsini 2020-ci ilə qədər fəallaşdırmaq niyyətini bəyan edib.
Məqalədə deyilir ki, kiçik ada dövlətləri 2030-cu ilə qədər birgə karbon neytrallığına nail olmaq və 100 faiz bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək öhdəliyi götürüblər. Pakistandan Qvatemalayadək, Kolombodan Nigeriyayadək, Yeni Zelandiyadan Barbadosadək olan ölkələr 11 milyarddan çox ağac əkməyi vəd ediblər. Özəl sektorun 100-dən çox lideri öz müəssisələrinin ekologiyalaşdırılmasını sürətləndirməyə söz verib.
Baş katib qeyd edir ki, sərəncamında 2 trilyon dollardan çox investisiyası olan ən iri aktiv sahiblərinin bir qrupu 2050-ci ilə qədər karbonsuz investisiya portfellərinə keçmək öhdəliyi götürüb. Bundan əlavə, dünyanın investisiya portfelinin, demək olar, yarısından - təqribən 34 trilyon dollardan ibarət olan aktivləri idarə edən şirkətlər bir qədər əvvəl dünya liderlərini atmosferə buraxılan karbon tullantılarına yüksək məbləğdə cərimə müəyyən olunmasını və qazıntı yanacaq növlərinin və kömür energetikasının subsidiyalaşdırılmasını bütün dünyada tədricən dayandırmağa çağırıb.
Baş katib qeyd edib ki, Beynəlxalq İnkişafı Maliyyələşdirmə Klubu 2025-ci ilə qədər 20 ən az inkişaf etmiş ölkədə ekoloji təmiz energetikanın maliyyələşdirilməsinə 1 trilyon dollar ayırmağı vəd edib. Onun sözlərinə görə, dünya bank sektorunun üçdəbir hissəsi öz fəaliyyətini Paris Sazişinin və dayanıqlı inkişafın hədəflərinə uyğunlaşırmaq öhdəliyi götürüb. "Bütün bu addımlar vacibdir, lakin yetərli deyildir. Lap əvvəldən Sammit dünyanı silkələmək, onun daha sürətli hərəkət etməsinə təkan vermək üçün düşünülüb. O, həmçinin acı həqiqətlərin səsləndiyi qlobal tribunaya çevrilib, tərəqqiyə kimin başçılıq etdiyini, onun qarşısını kimin aldığını göstərib. İqlim dəyişmələrini inkar edənlərin və tullantıların əsas hissəsinə görə məsuliyyət daşıyanların daha gizlənməyə yeri yoxdur. Mən bundan sonra da çalışacağam ki, onlar öz evlərində daha çox iş görsünlər və "yaşıl” iqtisadi həlləri bütün dünyada irəlilətsinlər”, - deyə Baş katib əlavə edib. O vurğulayıb ki, bəşəriyyətin həqiqətən planetar miqyaslı addımlara ehtiyacı var.
BMT-nin Baş katibi xatırladır: "Uçuruma doğru hərəkəti dayandırmaq üçün alimləri dinləmək, parnik qazları tullantılarını 2030-cu ilə qədər 45 faiz azaltmaq, 2025-ci ilə qədər karbon neytrallığına nail omaq və temperaturun artmasını əsrin sonuna qədər 1,5 dərəcə həddində saxlamaq lazımdır. O, inkişaf etmiş ölkələri iqlim dəyişmələrinin nəticələrinin yumşaldılması və inkişaf etməkdə olan ölkələrin onlara adaptasiya olunması üçün 2020-ci ilə qədər hər il dövlət və özəl mənbələrdən 100 milyard dollar ayırmaq barədə öhdəliklərini yerinə yetirməyə çağırıb. BMT-nin başçısı deyib: "Mən nəzarət edəcəyəm ki, ölkələr, özəl sektor və yerli hakimiyyət orqanları BMT-nin Çilinin paytaxtı Santyaqoda keçiriləcək iqlim məsələlərinə dair konfransından başlayaraq öz üzərlərinə götürdükləri öhdəliklərə görə hesabat versinlər”.
A.Quterreş məqaləsini bu sözlərlə bitirir: "Elmi tədqiqatlar bizə deyir ki, əgər kursumuzu dəyişdirməsək, onda əsrin sonuna qədər bizi azı 3 dərəcə qlobal istiləşmə gözləyir. Mən artıq həyatda olmayacağam, lakin nəvələrim bununla üzləşəcək. Mən onların yeganı evinin dağılmasının iştirakçısı olmaqdan imtina edirəm. Biz hələ uzun yol qət etməliyik, lakin hərəkat güclənir”.
banner

Oxşar Xəbərlər