• cümə axşamı, 28 mart, 20:31
  • Baku Bakı 13°C

"Antikorrupsiya ümumxalq işi olunca rüşvətxorlar sıradan çıxacaqdır"

26.05.20 13:15 439
"Antikorrupsiya ümumxalq işi olunca rüşvətxorlar sıradan çıxacaqdır"
"Dövlətin hər hansı bir qurumunda çalışan, ona etibar edilən yetkidən öz şəxsi çıxarları üçün faydalanan adam korrupsionerdir. Korrupsiyanın əsasını rüşvət alma təşkil edir. De¬mək, alan varsa, verən də var. Bu da, ayrı bir dərd, ayrı bir üzüntüdür. Yəni mə¬murlardan danışırıqsa, bir az da cəmiyyətimizdən, səndən, məndən, ondan, bizdən danışmalıyıq." Bu sözləriSİA-ya müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
"Bilirsiz, antikorrupsiya tədbirlərini dövlət aparır və bu təbiidir. Ancaq bizim heçmi məsuliyyətimiz yoxdur, əfəndilər? Dövlət başçısı az qala hər çıxışında ictimai nəzarət deyir, vətəndaş cəmiy¬yətinin fəallığının zəruriliyinə vurğu yapır, bununla bağlı hələ illər öncədən konsepsiya imzalayıb, o konsepsiyanın maddi əsasları üçün milli donor institutları yaradıb. Belə olan halda, bizlər vaxtlı-vaxtında və əlbəttə, faktaloji şəkildə öz səsimizi qaldırmaqdan çəkinməməliyik, haqq səsini qaldıranları alqışlamalıyıq, nəinki kor¬rupsiya "maşını"nın bir hissəsinə çevrilməliyik.
Antikorrupsiya ümumxalq işi, dövlət-xalq birliyinin təntənəsi olunca, həmin korrupsiyadan əl çəkə bilməyənlər arada qalıb, əziləcək, sıradan çıxacaqdır. Belə olunca, daha tez və daha təsirli nəticələrə nail ola bilərik.
Bəli, korrupsiya vəzifədə olanın daşıdığı yetkilərdən istifadə edərək, qanunları gözardı, qulaqardı, vicdanardı edib də, həll edilməli məsələni xalqın, sadə vətəndaşın deyil, özünə yaxınların, hansısa cinayətkar dəstənin xeyrinə qeyri-sağlam yolla həll etməsidir. Vəzifəli şəxslərin daşıdığı statusdan və yaxud o statusdan, yetkilərdən irəli gələn "şans"lardan istifadə etməklə qanunsuz olaraq maddi və s. nemətlər, imtiyazlar yaxud güzəştlər əldə etməsi, eləcə də, digər qanunazidd, vicdanazidd, xalqa və haqqazidd addımlar atmasıdır korrupsiya. Korrupsiya cinayət, günah dərəsinə yuvarlanmaqdır. Siz fikir vermisizsə, korrupsionerlər heç zaman özügvən içində ola bilmir, nə qədər yaraşıqlı qalstuk, bahalı kəmər vursa da, başı dik ola bilmir belə yaramazlar. Doğrudur, dik baş olurlar adətən, ancaq başı dik ola bilmirlər də, bilmirlər. Vəzifəöncəsi, korrupsiyaöncəsi dövrlərin tanışları, dostları ilə uzaqlaşıb, yeni "şirinlik qanan", "üsul bilən", "başa düşən" arkadaşlar bulsalar da, sonralar da heç cür səmimi ola bilmirlər və biri vəzifədən alındı, ya bir balaca əyildi, nə dostluq qalır, nə qardaşlıq. İlk yamanlayanlar da onlar olacaq. Dərədibi belə bir girdabdır. Çünki etiraf edib-etməsələr də, dediyimiz o dərənin dibindədirlər və ətraf aləmə dərədən baxırlar.
Korrupsioner heç zaman rahat ola bilmir, özünü ha tox tutmağa çalışır, ancaq ən yaxınları təsdiq edər ki, "ovuc-ovuc dərman" atmadan keçinə bilmir. Bir korrupsioner illər öncə bir qələm adamı ilə sanatoriyada qarşılaşır, deyir, sən burda xeyir ola? Qələmdaşımız da deyir ki, bəs, ürəyim, bəs, şəkərim-filan var. Korrupsioner qayıdır ki, "evin tikilsin, sizin bizim sahədə nə işiniz var, onlar bizim xəs¬təliklərdir". Sanki şüuraltı ilə xəstəlikləri də bir "əməli fəaliyyət sahəsi"ymiş kimi inhisara, monopoliyaya alacaqlarmış zalımuşağı. Mən əlbəttə, bütün ürək problemlilərini, şəkərə tutul¬muşların hamısını korrupsiyaya uğramışlar sanmıram, sadəcə, korrupsioner xislətindəki bir çaları vurğulamaqçün bu misalı çəkdim.
Antikorrupsiya tədbirləri özü ilə yanaşı şəffaflıq, köhnə streotiplərdən qurtamaq havasını da canlandırmışdır və mən bir vətəndaş, bir yazar olaraq, hər kəsi məhz təmiz hava ilə nəfəs almağa çağırardım. Söz vaxtına çəkər deyiblər, koronovirus karantini müddətində paytaxt Bakının, respublikamızın, ümumən Yer kürəsinin havasının önəmli dərəcədə təmizləndiyi uyğunprofilli rəsmi orqanlar tərəfindən təsdiq edilib. Bu təmizlənməni özümüz də duyur, tənəffüs edir, görürük. Koronovirus demişkən, korrupsinoerlərin xisləti pandemiya məhdudiyyəti günlərində belə özünəməxsus şəkildə davam etdi və dövlətimiz olaya ciddi şəkildə əl qoymal oldu. DTX-nın yayımlanan məlum video-xülasələrinə baxdıqdan sonra bir sıra suallar aydınlığa qovuşdu. Yaxından-uzaqdan tanıdığımız bəzi nadürüstlərin bir zamanlar özlərini çəkə-çəkə gəzmələrinin, ədalarının, gədəliklərinin "mahiyyəti"ni çözdük. Ay sizi, cüvəllağılar, ay sizi, nəfsinə yenik acgözlər! Dövlət əmlakını, dövlət vəsaitini dədəsinin malıymış kimi sümürənlər, sadə insanları, "sadəlöhvlər"i, "Cəbiş müəllimlər"i, "brend geyin¬məyənlər"i, "komfort zonada olmayanlar"ı saymazdınız, əlbəttə, saymazdınız. Ancaq el necə deyir, "Örkən doğanaqdan keçər", "haynan gələn vaynan gedər". Kitabı divar kağızının rənginə uyğun alanlardı belələri. Demirəm ki, yalnız keçmiş zamanda danışaq, təəsüf, hələ də, yeni dövrün çağırışları ilə ayaqlaşa bilməyənlər, şəffaflıq deyəndə başı ağrıyanlar olmamış deyil vəzifə başlarında.
Onlarınsa iki yolu var:
1) yolsuzluqdan əl çəkib, özünə çəki-düzən vermək;
2) qapısı hər açıldığında "qara maskalımı gəldi?" səksəkəsinə tutulub, gözü iş otağında "çəkən gözcük" araya-araya "işləmək".
Hər kəs özü öz yolunu seçir, nə deyək?
Bizə düşənsə bacardığımız qədər, sözümüz yetdiyincə, səsimiz eşidildiyincə haqqa, ədalətə çağır¬maqdı, maarifləndirməkdi, doğruları söyləməkdir.
Ən doğrusunu göydə Tanrı, yerdə dövlət baba bilir!
Ulu Tanrı dövlətimizə yar olsun!", deyə Əkbər Qoşalı bildirib.
banner

Oxşar Xəbərlər