• şənbə, 20 Aprel, 11:32
  • Baku Bakı 14°C

Antarktika temperaturun yüksəlməsi səbəbindən yaşıllaşmağa başlayıb

21.05.20 15:00 548
Antarktika temperaturun yüksəlməsi səbəbindən yaşıllaşmağa başlayıb
Alimlər Antarktika yarımadasında yeni ekosistem yarandığını elan ediblər.
AZƏRTACAMEA-nın rəsmi saytına istinadla xəbər verir ki, əriyən qarın səthində orqanizmlərin digər növləri üçün potensial qida mənbəyi olan yosunlar əmələ gəlib.
Tədqiqat aparan Britaniya komandası hesab edir ki, bu "güllər” öz çeşidlərini genişləndirəcək. Bunun səbəbi qlobal istiləşmənin onların inkişafı üçün lazım olan şəraiti yaratmasıdır. Həyatın birhüceyrəli formaları bəzi bölgələrdə bir-birinə olduqca sıx "yerləşib”. Onlar ağ qarı hətta kosmosdan görülə bilən açıq-yaşıla çevirib.
"Bu, potensial olaraq yeni yaşayış yerlərinin yaranmasına və ekosistemin başlanğıcına gətirib çıxara bilər”, – tədqiqata rəhbərlik edən alimlərdən Mett Deyvi deyib.
Tədqiqatda 1,9 kvadrat kilometr sahəni əhatə edən qar yosunlarının 1 679 fərqli növü təsvir olunub.
banner

Oxşar Xəbərlər