• çərşənbə axşamı, 16 aprel, 14:22
  • Baku Bakı 19°C

“ANS” və “Xəzər” TV-nin müraciətinə baxılacaq

24.10.13 14:26 1641
“ANS” və “Xəzər” TV-nin müraciətinə baxılacaq
MTRS-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda “ANS” Müstəqil Yayım və Media Şirkətinin və “Xəzər TV” MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılması nəzərdə tutulur.
“ANS” Müstəqil Yayım və Media Şirkətinin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti aprelin 27-də, “Xəzər TV” MMC-nin isə televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti sentyabrın 14-də başa çatıb. Milli Televiziya və Radio Şurasının 11 aprel tarixli qərarına əsasən, Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması müvəqqəti olaraq təxirə salınıb, xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə Milli Televiziya və Radio Şurasına müraciət etmiş teleradio yayımçılarının fəaliyyətinin isə xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılanadək davam etdirilməsi qərara alınıb.
Milli Televiziya və Radio Şurasının 4 noyabr tarixdə keçiriləcək iclasında isə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 17 aprel tarixdə bitmiş “SKY MAX” MMC-nin, “Baku and Boston TV Communication” MMC-nin, “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”nın və televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 7 sentyabr 2013-cü il tarixdə bitmiş “CTV” MMC-nin müraciətlərinə baxılacaq.
banner

Oxşar Xəbərlər