• cümə, 29 Mart, 03:09
  • Baku Bakı 7°C

Ankarada “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgiləri açılıb

03.03.21 13:37 549
Ankarada “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgiləri açılıb
Martın 2-də mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgilərinin açılış mərasimi keçirilib.
Mədəniyyət NazirliyindənAPA-ya verilən məlumata görə, TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və səfir Xəzər İbrahim çıxış edib, dünya şöhrətli mütəfəkkir şair Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məlumat veriblər.
Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən dəstək veriləcəyini qeyd edib.
Nizami Gəncəvi irsini, onun tərənnüm etdiyi ideyaları nəsillərə nümunə kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirdib ki, bundan əvvəl olduğu kimi, bu gün də, gələcəkdə də biz qardaş xalqlar olaraq bir yerdə öz mənəvi xəzinəmizi dünyaya tanıdacaq və qurur duyacağıq.
A.Kərimov Türkiyəyə səfəri çərçivəsində türk dünyasının mədəniyyətini təbliğ edən və bu sahədə çox işlər görən TÜRKSOY-un qərargahında olmaqdan məmnunluğunu bildirib. Nazir TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərginin, eləcə də bu il 100 illik yubileyi tamam olan Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərginin təşkilinə görə qurumun baş katibi Düsen Kaseinova, həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra tədbir iştirakçıları Nizami Gəncəvi Azərbaycan Milli Kitabxanasının fondundan Nizami Gəncəvinin əsərləri və onun haqqında nəşrlərdən ibarət kitab sərgisi ilə tanış olublar.
Mərasimin bədii hissəsində Üzeyir Hacıbəyovun Nizaminin qəzəlinə bəstələdiyi məşhur "Sənsiz” romansı səslənib.

banner

Oxşar Xəbərlər