• cümə, 19 Aprel, 13:09
  • Baku Bakı 25°C

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə qarşı birgə mübarizə aparacaq

10.01.20 19:34 551
Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə qarşı birgə mübarizə aparacaq
Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə aparacaq.
Bunu Trend-ə Türkiyə diplomatik mənbələrindən bildiriblər.
Mənbə bildirib ki, mütəmadi olaraq Türkiyə mediasında bu barədə xəbərdarlıq xarakterli məlumatlar da yayımlanacaq:
"Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə çərçivəsində, Azərbaycan və Türkiyənin aidiyyatı qurumları arasında müntəzəm qarşılıqlı məlumat mübadiləsi həyata keçiriləcək”.
Mənbənin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə istehsal olunan məhsullar Türkiyə ərazisinə buraxılmayacaq.
banner

Oxşar Xəbərlər