• cümə axşamı, 28 mart, 20:49
  • Baku Bakı 13°C

Ançelotti kimə hər gün “karyeranı bitirmə” deyir?

26.04.17 13:20 766
Ançelotti  kimə hər gün “karyeranı bitirmə” deyir?
"Bavariya”nın baş məşqçisi Karlo Ançelotti komandasının kapitanı Filip Lamın karyerasını bitirməklə bağlı qərarına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Ançelotti hər gün Lama qərarını dəyişmək üçün təsir etdiyini deyib. O, zarafatla, Lamın meydandakı mövqeyini də dəyişməyə hazır olduğunu vurğulayıb:
"Belə futbolçunu itirmək təəssüf doğurur. Mən onun meydandakı mövqeyini də dəyişməyə hazıram, təki qalsın. Əgər karyerasını bitirməsə, onu yarımmüdafiəyə yerləşdirərik ki, çox qaçmasın. Bu planımız işləməlidir.
Filipp klub üçün çox vacib bir futbolçudur. Əsl peşəkar, komanda yoldaşlarına nümunədir. Karyerasını bitirməmək üçün ona hər gün təsir edirəm. Ancaq hələ onu fikrindən döndərə bilməmişəm”.
banner

Oxşar Xəbərlər