AZE | RUS | ENG |


Ançelotti bilir ki, onun qayıdışı xəyaldır

Ançelotti bilir ki, onun qayıdışı xəyaldır
"Real”ın yarımmüdafiəçisi Toni Kroosun "Bavariya”ya qayıda biləcəyi ilə bağlı məlumat yayılıb. 
 
Kaspi.az xəbər verir ki, futbolçunun agenti Folker Ştrut məsələ ilə bağlı açıqlama verib. O, bu qayıdışın mümkünsüz olduğunu vurğulayıb: 
 
"Cənab Ançelotti bilir ki, Kroosun qayıdışı xəyaldır. Bundan əlavə, Toni özü də bu yaxınlarda bildirmişdi ki, bir daha Almaniya çempionatında oynamayacaq. 
 
Bu gün transfer bazarında baş verənlərə nəzər yetirdikdə, görürsən ki, "Real” Kroosa görə 25 milyon avro ödəməklə, olduqca əlverişli transfer həyata keçirib.  
 
Müqayisə üçün deyim ki, Xames Rodriges "Monako”dan "Real”a 80 milyon avro qarşılığında gəlmişdi”. 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN