• cümə axşamı, 25 aprel, 05:44
  • Baku Bakı 19°C

Anar: “Yazıçılar Birliyinin qurultayı pandemiyadan sonra keçiriləcək”

02.03.21 13:15 577
Anar: “Yazıçılar Birliyinin qurultayı pandemiyadan sonra keçiriləcək”
"Azərbaycan Yazıçılar Birliyinin qurultayı pandemiya bitən kimi keçiriləcək.”
BunuAPA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.
O bildirib ki, pandemiya ilə əlaqədar 10 nəfərdən artıq yığışmağa icazə verilmir: "Yazıçılar Birliyi isə 10 nəfərlə qurultay keçirə bilməz”.
Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 7 il əvvəl - 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.
banner

Oxşar Xəbərlər