• cümə, 29 Mart, 09:23
  • Baku Bakı 5°C

Anar Bağırov: "Vəkilliyə qəbulun gecikməsində Vəkillər Kollegiyasının da səhlənkarlığı olub"

08.12.17 12:10 2271
Anar Bağırov: "Vəkilliyə qəbulun gecikməsində Vəkillər Kollegiyasının da səhlənkarlığı olub"
"Vəkilliyə qəbulun gecikməsində Vəkillər Kollegiyasının da çatışmazlığı və səhlənkarlığı olub".

APA-nın məlumatına görə, bunu gələn il yanvarın 1-dən nümayəndəlik institutunun ləğvi və vəkilliyə qəbul prosesindəki gecikmə ilə bağlı Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov bildirib.

A. Bağırov deyib ki, Vəkillər Kollegiyasının rəhbərliyi istefa verdiyindən və qurum konfransa hazırlaşdığından vəkilliyə qəbulla bağlı sənədlərin qəbulu və umumilikdə bu prosesdə gecikmə yaşanıb: "Biz ən qısa müddətdə sənədlərin qəbulu prosesini bərpa edəcəyik. Bir neçə gün ərzində bu prosesə başlanacaq".

Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, Azərbaycanda nümayəndəlik institutu ləğv edilib, yanvarın 1-dən mülki və inzibati məhkəmə işlərində nümayəndələr iştirak edə bilməyəcək. Azərbaycan prezidentiİlham Əliyevvətəndaşların məhkəmələrdə hüquqi müdafiəsinin təmin edilməsi üçün vəkillərinin sayının artırılmasını vacib sayıb, bununla bağlı Vəkillər Kollegiyasına müvafiq tapşırıq verilib.
banner

Oxşar Xəbərlər