• çərşənbə, 24 Aprel, 07:02
  • Baku Bakı 13°C

ANAMA-nın direktoru: “Cocuq Mərcanlıda 300 hektar ərazi mina və PHS-dən təmizlənib”

18.07.17 13:22 791
ANAMA-nın direktoru: “Cocuq Mərcanlıda 300 hektar ərazi mina və PHS-dən təmizlənib”
"Yarandığı gündən indiyə kimi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 40 min hektardan çox ərazi təmizlənib, 760 mindən çox mina və partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib".
APA-nın xəbərinə görə, bunu ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib. O bildirib ki, erməni işğalından azad edilmişCəbrayılrayonunun Cocuq Mərcanlı kəndində bu ilin 126 günü ərzində 300 hektar ərazi mina və PHS-dən təmizlənib: "Cocuq Mərcanlıda 176 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bununla məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün şərait yaratdıq. Bu, bizim üçün birinci addım idi. Ümidvarıq ki, çox yaxın vaxtda eyni əməliyyatları Dağlıq Qarabağ və ətraf rayonlarda həyata keçirəcəyik".
ANAMA-nın direktoru qeyd edib ki, 2005-ci ildən başlayaraq AzərbaycandaNATOilə birgə layihələr keçirilir: "Saloğlu" və "Ceyrançöl" layihələrini qeyd etmək istərdim. Bu il "Ceyrançöl" layihəsinin III mərhələsi başlayıb və 2018-ci ilin sonuna kimi davam edəcək".
Qeyd edək ki, ANAMA 1998-ci il iyulun 18-dəAzərbaycan prezidentinin sərəncamı əsasında yaradılıb.
banner

Oxşar Xəbərlər