• çərşənbə, 24 Aprel, 17:52
  • Baku Bakı 27°C

ANAMA işğaldan azad olunmuş ərazilər təmizlənməyənə qədər vətəndaşları həmin ərazilərə getməməyə çağırıb

30.11.20 14:20 404
ANAMA işğaldan azad olunmuş ərazilər təmizlənməyənə qədər vətəndaşları həmin ərazilərə getməməyə çağırıb
"Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə ilk növbədə yollar partlamamış hərbi sursat və minalardan təmizlənəcək”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib.
Q. Əhmədov deyib ki, həmin vaxta qədər vətəndaşlardan həmin ərazilərə getməmək xüsusilə xahiş olunur.

banner

Oxşar Xəbərlər