• cümə, 29 Mart, 14:05
  • Baku Bakı 14°C

Analitiklər: Venesuela iflas etsə neftin qiyməti 80 dollar/barrel olacaq

12.08.17 16:39 1404
Analitiklər: Venesuela iflas etsə neftin qiyməti 80 dollar/barrel olacaq
Analitiklərin fikrincə dünyanın ən böyük neft istehsalçılarından biri olan Venesuelada 70 faiz qiymətləndirilən iflas riski reallaşarsa neftin qiyməti 60 faiz artacaq.
AZƏRTACxəbər verir ki, Venesuelanın sürükləndiyi siyasi və iqtisadi xaos neft bazarlarında ən böyük geosiyasi risk kimi qiymətləndirilir. Otuz milyon əhalisi olan Venesuelada siyasi gərginlik artmaqdadır. Ölkədə dörd aydır davam edən aksiyalarda 120-dən çox insan ölüb və minlərlə insan həbs olunub. Prezident Nikolas Maduro bütün gücü özündə cəmləşdirib konstitusiyada müəyyən dəyişikliklər etməkdə müvəffəqiyyətli olsa da ölkədə iqtisadi çöküşün qarşısının alınmasının çətin olacağı görünür. Ən böyük çətinlik isə ölkənin ilin qalan dövründə 5 milyard dollarlıq borc geri ödəməsidir. Bu həcmin bir hissəsini ölkə borcu, qalanının isə dövlətə məxsus PDVSA (Petroleos de Venesuela) enerji şirkətinin ödənişləri təşkil edir.
Ekspertlər ölkənin 70 faiz qiymətləndirilən iflas riskinin reallaşması vəziyyətində neftin qiymətinin 80 dollar/barrel olacağını proqnozlaşdırırlar.
"S&P Global Ratings”ə görə, Venesuelanın 3 milyard dollar vəsaiti qalıb və bu, "qırmızı həyəcan” deməkdir. Venesuela təkcə bu ay 725 milyon dollar borcu geri qaytarmalıdır. Bundan başqa, oktyabr və noyabr aylarında daha 3,6 milyard dollar ödənilməlidir.
Buna görə də ABŞ sanksiyalar mövzusunda təmkinli davranır və ölkənin neft sektorunu hədəf alan sanksiyaları əl atmır. Venesuelanın ABŞ-a gündəlik neft ixracı təxminən 800 min barreldir və bu, ölkənin sutkalıq ixracının yarısını təşkil edir. Neft gəliri hazırda ölkənin yeganə maliyyə mənbəyidir. ABŞ-ın Venesuelaya embarqo tətbiq edəcəyi təqdirdə ölkə iqtisadiyyatı iflasa sürüklənəcək.
"Wall Street Journal” qəzetinə görə, ölkənin qarşıdakı 12 ayda iflas riski 70 faizdir.
Analitiklərin fikrincə, "PDVSA”nın ABŞ-ın "Citgo” neft emalı zavoduna satışlarının azalması da vəziyyəti daha çıxılmaz edir. Venesuelanın gündəlik neft istehsalı 1,9 milyon barreldir. Bu rəqəm son 3 ildə dünyadakı neft təklifi çoxluğuna bərabərdir. Buna görə də ölkə neftinin bazardan çıxması vəziyyətində "qara qızıl”ın qiymətinin artacağı nəzərdə tutulur. Ölkənin borcunu neft satmaq ilə geri ödəməsinin isə ixraca böyük zərbə vuracağı qeyd edilir.
"RBC Capital Markets”in analitiki Helima Croftun fikrincə, Venesuelada iflasın reallaşacağı təqdirdə neftin qiyməti bir neçə ay ərzində 60 faiz artaraq 70-80 dollar/barrelə çata bilər. O, ölkənin istehsal gücünü artırmaq ehtimalının olmadığını və "PDVSA”nın iflas etməsi halında isə "qara qızıl”ın qiymətinin kəskin yüksələcəyini düşünür.
banner

Oxşar Xəbərlər