• cümə axşamı, 28 mart, 16:59
  • Baku Bakı 16°C

Analitiklər: OPEC+ anlaşmasının uzadılması çətin olacaq

07.08.17 21:50 1560
Analitiklər: OPEC+ anlaşmasının uzadılması çətin olacaq
OPEC+ anlaşmasının 2018-ci il aprel ayının 1-dən fəaliyyətini dayandırması gözlənilir. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın anlaşmadan çıxması amili ola bilər. Belə ki, "TASS"ın analitikləri tərəfindən aparılan sorğuda anlaşmanın 2018-ci ilin mart ayından sonra uzadılması ehtimalı çox azdır.
Analitiklərin fikrincə, ən çox anlaşmadan çıxmaq istəyən ölkə məhz Rusiyadır. Rəsmi Moskvaəvvəldən hasilatın azadılmasına çətinliklə razılaşıb. Çünki RF son illərdə yeni layihələrə önəmli investisiyalar yatırıb ki, bu da ölkənin ən azı 2019-cu ilin sonuna qədər hasilatı artırmasını təmin etməlidir.
"Sberbank"ın analitiki Valeriy Nesterov hesab edir ki,Rusiya böyük ehtimalla hasilatın azaldılması anlaşmasının uzadılmasına razı olmayacaq. Belə ki, neftçilər hasilatın cari artım potensialından maksimum faydalanmaq istəyir və rəqiblərini öz istehlak bazarına buraxmağı düşünmür: "Hazırda neft sektorunda Rusiya ilə yanaşı bir çox ölkə anlaşmanı bitirmək istəyir".
"Fitch" beynəlxalq reytinq agentliyinin korporasiyalar şöbəsinin müdiri Dmitriy Marinçenkoya görə, bu dəfə anlaşmanın uzadılması barədə razılığa gəlmək çətin olacaq.
banner

Oxşar Xəbərlər