AZE | RUS | ENG |


Ana dili müəllimi Təranə Vəzirova: “Dərsliklər təkmilləşsə, daha effektli olar”

Ana dili müəllimi Təranə Vəzirova: “Dərsliklər təkmilləşsə, daha effektli olar”
V sinifdə Ana dili dərsi çərçivəsində təkcə şagirdlərin dilin qayda-qanunlarını deyil, həm də kurikulumu necə mənimsədiyini müşahidə etmək mümkündür. «Vətənpərvər», «Qarabağ», «Şuşa», «Cəsurlar», «Çeviklər» qruplarına bölünən şagirdlər "Sifətin mənaca növləri və dərəcələri”, "İsim və sifətin oxşar və fərqli cəhətləri”ni müzakirə edirlər. Qrup liderləri Şəms Abbaslı, Ayaz Qurbanlı, Arzu Əliyeva, Əskinaz Xəlilli, Aytac İsayeva daha çox fəallıq göstərirlər. Daha sonra Ana dili müəllimi Təranə Vəzirova qruplara test tapşırıqları verir. "Ana təbiət haqda”, "Təsviredici mətn hazırlıqları”, "Şuşanın işğalı” və s. üzrə qruplar öz aralarında dəqiq cavabı müəyyənləşdirirlər.
Proyektr və divardakı ekran da mövzuya aid təsvirlərin əyani göstərilməsi baxımından effektlidir. Adətən müəllimlər dərslərdə özlərinin hazırladıqları slaydlarla işləyirlər.
Şagirdlər müəllimin sərbəst sualları üzərində də düşünür və fəallıqla sualları cavablandırırlar. Müəllimənin "Əgər kimsə desə ki səsiniz dünyada eşidiləcək, düşmənə hansı mesajı göndərərsiniz?” sualına şagirdlərin "Qarı düşmən, Qarabağdan əlini çək!” cavabı eşidilir.
Müəllimə söhbətimizdə bildirir ki, uşaqlara daha çox vətənpərvərlik ruhunda tərbiyəvi mövzular keçilir: «Düzdür, şagirdlər başqa dilləri də sevirlər, amma öz dilimizə daha çox üstünlük verirlər». Müəllimənin dediyinə görə, beşinci sinif məktəbdə ən fəal siniflərdən biridir. Belə ki, müxtəlif fənlər üzrə keçirilən açıq dərslərdə şagirdlər fəallıq göstərirlər: «Şagirdlərin Azərbaycan dilinə xüsusi həvəsləri var. Hər dərsə yaxşı hazırlaşırlar. Aralarında şeir yazanlar da var. Onların ən böyük arzuları Şuşaya qayıtmaqdır. Hətta sinifdə oxuyan və əslən Şuşadan olmayan şagirdlər də həsrətlə Şuşaya gedəcəkləri günü gözləyirlər. Son hadisələrə görə uşaqlarda sanki bir coşqunluq yaranıb».
Təranə Vəzirova şagirdlərin yazı vərdişlərinin inkişafı üçün onlara inşa, esse yazdırdığını bildirir: «Şagirdlərə müstəqil mövzular tapşırıram. Vətənpərvərlik haqqında tez-tez inşalar yazırlar». Müəllimə buraxılış sinif şagirdlərinin Ana dilindən kafi göstəricilərinə münasibət bildirərək daha çox testi təqsirləndirir: «Uşaqlar testlərlə əzbərçiliyə meyil edirlər. Variantları əzbərləməyə çalışır, mövzunun dərinliyinə getmirlər. Nəticədə fikirlərini yaxşı ifadə edə bilmirlər. Onlar bədii təhlil vasitələrindən istifadə etməyi bacarmırlar. Şagirdlər bədii əsər oxumurlar”. Uşaqlarda ədəbiyyata həvəs yaratmaq üçün müxtəlif gecələr təşkil etdiklərini bildirən müəllimə hesab edir ki, bu yolla onlarda mütaliəyə həvəs yaratmaq mümkündür: "Ədəbiyyatdan xəbəri olmayan uşaqlarda ədəb-ərkan ola bilməz. Bunun üçün də onların bədii ədəbiyyat oxumalarına ehtiyac var». Müəllimə Ana dili dərsliklərinin səviyyəsindən razı olmadığını bildirir: "Dərsliklərdə cavablar bir az dolaşıqdır. Yersiz ifadələr çox işlədilir. Bəzən şagirdlərin yaşına uyğun olmayan, ümumiyyətlə dərsliyə aid olmayan ifadələr işlədilir. Kifayət qədər orfoqrafik və heca səhvləri var. Fikri yerində düzgün işlətmirlər. Fikrimcə, dərsliklər təkmilləşsə, daha effektli olar».  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6744
GBP 1 İngilis funt sterlinqi 2.1708
TRY 1 Türk lirəsi 0.4872
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1944
EUR 1 Avro 1.8426
CHF 1 İsveçrə frankı 1.7267
USD 1 ABŞ dolları 1.7447