• çərşənbə axşamı, 23 aprel, 12:09
  • Baku Bakı 24°C

Amerikalı həmsədr: “İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır”

22.10.16 13:43 1104
Amerikalı həmsədr: “İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır”
"Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

APA-nın məlumatına görə, bu sözləriATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, digər məsələ status məsələsidir: "Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz prezidentİlham Əliyevtərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.
banner

Oxşar Xəbərlər