• çərşənbə, 24 Aprel, 03:20
  • Baku Bakı 14°C

Amerikalı həmsədr Dağlıq Qarabağa səfər edib

05.10.17 10:15 1180
Amerikalı həmsədr Dağlıq Qarabağa səfər edib
ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şofer Dağlıq Qarabağa tanışlıq səfəri edib.

APA-nın "Armenpress"ə istinadən verdiyi xəbərə görə, E. Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlərmüzakirə edilib. Tərəflər münaqişəninATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb.

E. Şofer görüşdən sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə tanışdır: "Bu, həqiqətən mürəkkəb problemdir. Münaqişənin sülh yolu ilə həlli üçünATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə müntəzəm olaraq regiona səfərlərimizi davam etdiririk”.

Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da İrəvanda, 7-də Bakıda olacaqlar.
banner

Oxşar Xəbərlər