• cümə, 29 Mart, 12:19
  • Baku Bakı 14°C

AMEA: Yeni yaşayış evlərinin inşası üçün danışıqlar aparılır

19.07.17 17:11 932
AMEA: Yeni yaşayış evlərinin inşası üçün danışıqlar aparılır
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib. AMEA-nın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.

Görüşdə AMEA-nın yataqxanasında yaşayan elmi işçilərin Akademiya ilə "Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, inşa olunmuş binaya köçürülməsi məqsədilə yaradılmış komissiyanın ləğv edilməsi və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Bununla əlaqədar, AMEA-nın rəhbərliyi yaxın günlərdə qərar verəcək.

Bundan əlavə, AMEA elmi işçilərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin inşası üçün respublikanın aidiyyəti rəhbər orqanları ilə danışıqları davam etdirir.
banner

Oxşar Xəbərlər