• cümə axşamı, 28 mart, 20:35
  • Baku Bakı 13°C

AMEA-ya elmi idarə edən orqan statusu verilə bilər

21.05.13 11:31 2003
AMEA-ya elmi idarə edən orqan statusu verilə bilər
Milli Məclisdə müzakirəsi gözlənilən “Elm haqqında” qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) ölkədə elmi idarə edən orqan statusunun verilməsi təklif olunacaq.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə MM-in Elm və təhsil komitəsinin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib.
Onun sözlərinə görə, Heydər Əliyevin imzası ilə təsdiqlənən AMEA nizamnaməsinə əsasən, Akademiya ölkədə elmi idarə edən mərkəzi orqan olmaq səlahiyyəti verilib: “Elm haqqında” qanun layihəsində isə bu yoxdur. Qanun layihəsinə bu bənd əlavə edilməlidir. Qanun layihəsində qeyd edilib ki, AMEA ölkədə əsas elmi müəssisədir. Biz maraqlıyıq ki, Akademiya öz statusunu, avtoritetini qoruyub saxlasın. Çünki hazırda bütün əlaqələndirmə şuraları, onların yaratdıqları problem şuraları Akademiya institutlarında cəmləşib”.
G.Baxşəliyeva deyib ki, qanun layihəsində elmin inkişafı üçün çox yaxşı maddələr öz əksini tapıb: “Elm günü”nün elan olunması, gənc alimlər üçün dövlət mükafatının təsis edilməsi, alimlərin sosial problemlərinin həlli bizim çoxdankı arzumuz idi. Qanun layihəsində elmi dərəcələrə görə təzminat məsələsi də öz əksini tapıb. Fəlsəfə doktorlarına minimum əmək haqqının 3 misli, elmlər doktoruna isə 5 misli məbləğində təzminat verilməsi nəzərdə tutulub. Bunlar hamısı alimlər tərəfindən çoxdan gözlənilirdi. AMEA prezidenti gənc alimlərin mənzil problemlərinin həlli məsələsini də qaldırmaq istəyir”.
banner

Oxşar Xəbərlər