AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AMEA: Quşçu vulkanın püskürməsi nəticəsində 30 m-lik çatlar əmələ gəlib

AMEA: Quşçu vulkanın püskürməsi nəticəsində 30 m-lik çatlar əmələ gəlib

Cəmiyyət
24 Yanvar 2021, 17:00 153

"Bu, Quşçu vulkanının 16-cı püskürməsidir. Vulkanın püskürmə sahəsindən cənub və cənub qərbə uzanan 30 m-lik çatlar əmələ gəlib". 
Bunu APA-ya vulkan püskürən əraziyə ezam olunan Azərbaycan Milli Elmlər Akademyası (AMEA) Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov deyib.
Onun sözlərinə görə,  vulkanın son onilliklər ərzində puskurməyən sahəsi aktivləşib. Palçıq axını 3 hektar ərazini örtüb. Püskürmənin hündürlüyü 50-60 m, palçıq axınının orta qalınlığı 90 sm olub. 

Yerli mülkiyyətçilərin əkin sahəsinə ziyan dəyib.