• cümə, 29 Mart, 18:08
  • Baku Bakı 14°C

AMEA prezidenti: "2020-ci ildə gənc alimlərə yeni mənzillər veriləcək"

15.12.17 12:50 1485
AMEA prezidenti: "2020-ci ildə gənc alimlərə yeni mənzillər veriləcək"
"Gənc alimlərin stimullaşdırılması və sosial problemlərinin həlli elmin inkişafına müsbət təsir göstərir".
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidentiAkif Əlizadə deyib.
A. Əlizadə bildirib ki, gənc alimləri stimullaşdırmaq vacibdir: "Elmin cəmiyyətin inkişafında rolunu artırmaq üçün elm yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşməlidir. Düzdür, Azərbaycanda qrant yolu ilə maliyyələşmə bir neçə ildir, tətbiq olunur. Lakin müasir tələblərə uyğun olaraq bu sistem təkmilləşdirilməli və gənc alimlərin fəaliyyətinin stimullaşdırılmasına yönəldilməlidir".
AMEA prezidenti qeyd edib ki, əsas məsələlərdən biri gənc alimlərin sosial müdafiəsi ilə bağlıdır: "Elmi əməyin stimullaşdırılması vacibdir. Həyatını yeni quran gənclik üçün bu, xüsusilə əhəmiyyətlidir. Son illər alimlərin əmək haqqının artırılması istiqamətində ardıcıl addımlar atılır. Gənc alimlərin mənzillə təminatı da vacibdir. İlkin olaraq xeyli gənc alimə mənzillərinin açarları təqdim olunub. Saray qəsəbəsində Alimlər şəhərciyi salınması barədə razılıq əldə edilib. Yaxın vaxtlarda orada təməl qoyulacaq. İnanırıq ki, 2020-ci illərdə növbəti mənzillərin açarları gənc alimlərə təqdim ediləcək".
banner

Oxşar Xəbərlər