• şənbə, 20 Aprel, 18:14
  • Baku Bakı 24°C

“AMEA-nın professoru” elmi adı təsis edilib

18.01.17 21:01 1029
“AMEA-nın professoru” elmi adı təsis edilib
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclasında milli və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə etmiş, uzun illər ərzində AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə "AMEA-nın professoru” elmi adının təsis edilməsi haqqında qərar qəbul edilib. Elmi adın Əsasnaməsinin hazırlanması üçün işçi qrupu yaradılıb.
AZƏRTACxəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılmasının son illər AMEA-da aparılan çoxşaxəli islahatların tərkib hissəsi olduğunu bildirib.
Akademik A.Əlizadə bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirildiyini, yeni fəxri ad, diplom və mükafatların təsis edildiyini vurğulayıb.
Qeyd edilib ki, "Akademik professor” elmi adının təsis edilməsi beynəlxalq təcrübəyə əsaslanır və yüksək elmi nailiyyətlər əldə etmiş alimlərin əməyinin stimullaşdırılması məqsədi daşıyır.
banner

Oxşar Xəbərlər